top of page

Xoş günlərinizdə biz sizinlə birlikdəyik !

Uşaq və digər bayramlarının cəkilişi dəqiq hesablama.ssenari və düzənləmə tələb edən bir prossesdir.Bu prossesə yaradıcılıq baxımından daha ciddi yanaşmalı olursan. Cünki bayramlar ,yubileylər,uşaq ad günləri ,yaddaş filimləri bir daha gələcək illərdə indi olduğu kimi təkrarlana bilmir. Uşaqlar böyüyür,bayramların aurası dəyişir,yaşın üstünə yaş gəlir. Hər belə cəkiliş unikaldır və təkrarsızdır.Biz bu cür cəkilişlər zamanı ,ümumi cəkilişin əvvəlini hər zaman bir film kimi yaradırıq. Bu kecirilən tədbirin ümumi aurasını,tarixini,unikallığını,təkrarsızlığını və sonda illər boyu baxıldıqca sevimli və xəfif bir təbəssüm olacağını məqsəd qoyuruq. Bizim cəkilişlər zamnı bilavasitə müştərinin arzuları,cəkilişin aparılma planı öndədir. Müştəri bu sahənin mütəxəssisi olmaya bilər. Biz onunla yekdil razılığa gəlib,onun görmək istədiyini maksimum  və öz təcrübəmizdən qidalanaraq razılığa gəlməklə yerinə yetirməyi əsas hədəf kimi qəbul edirik. Bu zaman yer,məkan,daxili və xarici amillər,dəvət olunan qonaqların da arzularına xüsusi yer vermək lazım gəlir.Bizim xalqın mentolitet və adətlərinə uyğundur ki:Yaxşı bayram və tədbir illər uzunu yaddaşlarda qalmalıdır. Bundan gələcək nəsillər nümunə götürməlidir. Bu zaman yaradığılıq səviyyəsi yüksək olmalıdır ki, hec zaman təqdim olunan materiallar acı gülüş və ikrah doğurmasın.Bu meyarlara cox az sayda sadiq qala bilən sənət adamları var. Yeganə meyarı,tələm-tələsik cəkiliş aparıb,maliyyə vəsaitini mənimsəyib,müştərini incidən insanlar bir necə şərti uduzurlar:

  • Müştəriyə tam keyfiyyətli material verməklə,onun inamını qazanaraq gələcək işlərdə məhz yenidən iştirak etmək;

  • Filmə baxan ətrafdakı insanlarda məhz bu yaradıcılığa rəğbət yarndığı zaman yeni sifarişlər almaq;

  • Keyfiyyətli iş,davamlı partnyor,inamlı kollektiv kimi tanınmaq.

Bu cür amillər sənət insanı ücün başlıca amillərdir ki,bu amillərin dəqiq yerinə yetirilməsi zamanı,uğurlu davama şərait yaranır.

“AVR” studiyası bilavasitə calışır ki,yaratdığı filmlər,cəkdiyi cəkilişlər hər zaman sizin qəlbinizdə xoş nostalji hisslər yaratsın,bayram və tədbirləriniz zamanı sizin xoş emosiyanızı illər uzunu yaşatsın,əzizlərinizi bir daha sizə əzizlətsin. Buna görə də məsləhət görürük ki,hec zaman ucuz və tanımadığınız həvəskarlara bu gününüzü etibar etməyin. Bizim professional videoqraflar ordumuzdan öz qələbəniz ücün istifadə edin. Qiymət və vəsait hec zaman sonradan olacaq problemləri həll etmir-hər zaman Sizinlə qiymətdə razılaşa bilərik. Bir cox insanlar vahid həqiqəti unudur ki,musiqici ifa edib gedəcək,qonaqlar şənlənib bayramı tərk edəcək,hər şey öz axarına qovuşacaq-yerində qalan isə həmən gün cəkilmiş film,cəkiliş və foto olacaq. Bir daha həmən günə bu yaşam dövründə qayıtmaq olmayacaq. Əyər bizim cəkdiyimiz xatirələr olmasa!

Məktəb tədbirləri,əlifba bayramları,son zəng.

Məktəb tədbirləri,əlifba,15 sentyabr,son zəng mərasimləri həm məktəb müəllimləri,həm təşkilatcılar həm də valideynlər ücün ən böyük baş ağrısıdır.Bütün mərasim atributlarından başqa,problemlərə,tədbir və mərasimlərin video cəkilişləri də qoşulur. Bu zaman “AVR” studiyası Sizin məhz bu probleminizi asanlıqla həll edə bilər.

-Bu tip cəkilişləri yüksək mədəniyyət və biliyi olan operator-mütəxəssis həyata kecirir. Cəkiliş bacarığından əlavə onda yaradıcılıq,işıq qrafikasına riayət,cəkiliş məkanının qurulması və ssenari –rejisorluq bacarığı da var.

  • Operator cəkilişə professional HDV-XDCAM kameraları,özünün bu işdə köməkcisi ola biləcək ləvazimatı və şəxsi avtomobilində cıxır. Bu da sifarişcini operatora transport ayırmaq problemindən azad edir.

-Məktəb tədbirləri fərqli mövzudur. Burada bir cox zaman həm məktəb tədbiri həm də məktəbdən sonrakı ümumi şənliklər cəkilir.Və sonda dinamik və keyfiyyətli gilm alınır.

-Biz Sizin istəyinizlə ümumi və hər iştirakcıya özəl DVD disklər və cəkiliş yüklənmiş Fleş daşıyıcı verə bilərik. Hər şey ikitərəfli razılaşma yolu ilə həll olunur.

-Sifarişcinin razılığı olmadan cəkilişlər kənar insanlara verilmir və şəxsilik ciddi qorunur.

24\7  acıq olan telefonumuza zəng vurun.

0703264855

  • Facebook Social Icon
Bizim Facebook səhifəmizə də yaza bilərsiniz.
bottom of page